• Bakı 18° C

    7.78 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

Politico: Avropa Komissiyasının rəhbəri daim etimadsızlıq səsləri ilə üzləşəcək

DÜNYA

06 Oktyabr 2025 | 10:29

Politico: Avropa Komissiyasının rəhbəri daim etimadsızlıq səsləri ilə üzləşəcək

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyenin də daxil olduğu Avropa Parlamentində (AP) Avropa Xalq Partiyasının (EPP) üzvləri onun siyasətindən narazıdırlar və gələcəkdə ona qarşı etimadsızlıq səsverməsini dəstəkləyə bilərlər. 

Bakıvaxtı.az "Politico" nəşrinə istinadən xəbər verir ki, Avropa Komissiyasının rəhbəri üçün yığılmış suallar fon der Leyenin daima etimadsızlıq səsləri ilə üzləşməsinə səbəb ola bilər.
 
Nəşr qeyd edib ki, Avropa Parlamenti bu komissiyadan, yəni fon der Leyendən açıq şəkildə narazıdır. Siyasi vəziyyətin nə vaxt dəyişə biləcəyini isə heç kim bilmir.

Avropa Parlamenti oktyabrın 6-dan 9-dək keçiriləcək plenar iclasında Avropa Komissiyasının rəhbərinə etimadsızlıq barədə iki təklifi müzakirə edəcək və səsverməyə çıxaracaq. Avropa Komissiyasının rəhbərinə qarşı iki etimadsızlıq təklifinin eyni vaxtda təqdim edilməsi diqqət çəkir.

Gülşən Şərif 


SON XƏBƏRLƏR

05 Oktyabr 2025