Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ-nin yeni səfiri Culi Stafftın Astanada etimadnaməsinin təqdim olunması mərasimində amerikalı həmkarı Donald Trampa G20 sammitinə dəvətə görə təşəkkürünü bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tokayevin mətbuat xidməti məlumat yayıb.
“Prezident Donald Trampla dostca və məzmunlu görüşümüz oldu. Bu yaxınlarda ikitərəfli əməkdaşlığımıza dair bir çox məsələlər üzrə məhsuldar telefon danışığı apardıq. İlin sonunda ABŞ-də keçiriləcək G20 sammitində iştirakım üçün dəvətə görə minnətdaram. Bir çox sahələrdə strateji tərəfdaşlığımızın qorunub saxlanması və möhkəmləndirilməsi üçün əlimizdən gələni edəcəyik”, - Qazaxıstan lideri səfirlə görüşdə qeyd edib.
Donald Tramp bundan əvvəl bəyan etmişdi ki, Qazaxıstan və Özbəkistan prezidentləri 2026-cı ildə Mayamidə keçiriləcək G20 sammitinə qonaq qismində dəvət olunacaq./Teleqraf
Bakı 




