• Bakı 7° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Pensiyalar GECİKƏCƏK

CƏMİYYƏT

09 Yanvar 2026 | 12:20 | Müəllif: Əli Hüseynov

Pensiyalar GECİKƏCƏK

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yanvar ayı üzrə pensiyaların veriləcəyi tarix məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, pensiyalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə yanvar ayının 13-də ödəniləcək.

Daha sonra isə qrafikə uyğun olaraq respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

Xatırladaq ki, 2025-ci ildə əvvəlcədən təyin olunmuş qırafik üzrə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar hər ayın 9-10-u verilirdi.

Qeyd edək ki, 2026-cı ilin yanvar ayından etibarən 1,1 milyon nəfəri əhatə edən bütün növ əmək pensiyalarının təxminən 10% artırılması planlaşdırılır. Pensiya artımı orta aylıq nominal əməkhaqqının əvvəlki ilə nisbətən yüksəlməsi ilə bağlıdır. Hazırda orta aylıq əməkhaqqı 9,7% artaraq 1093 manata çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026