• Bakı 14° C

    9.04 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1087

Tacikistan vətəndaşı ölkəsinə təhvil verildi

SİYASƏT

09 Yanvar 2026 | 12:29

Tacikistan vətəndaşı ölkəsinə təhvil verildi

Tacikistan Respublikasının hüquq mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, dələduzluqda təqsirli bilinərək dövlətlərarası axtarışa verilmiş 13.01.1992-ci il təvəllüdlü, Tacikistan Respublikasının vətəndaşı Mukhammadnido Nazarmukhammadzodanın verilməsinə dair həmin ölkənin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib.

Mukhammadnido Nazarmukhammadzoda 2025-ci ildə ölkəmizdə müəyyən edilərək həbs edilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Tacikistan Respublikasının səlahiyyətli orqanlarına təhvil verilib.


SON XƏBƏRLƏR

02 Aprel 2026