• Bakı C

    9.62 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Rus ordusu Ukraynada hərbi müəssisələrə hücum etdi

DÜNYA

09 Yanvar 2026 | 12:30

Rus ordusu Ukraynada hərbi müəssisələrə hücum etdi

Rusiya Silahlı Qüvvələri Ukraynanın vacib hədəflərinə, o cümlədən PUA istehsal müəssisələrinə və enerji infrastrukturu obyektlərinə zərbələr endirib.

Bakıvaxtı.az bu barədə TASS-a istinadən xəbər verir.

Məlumata görə, hücum "Oreşnik" raket sistemi və digər dəqiq silahlardan istifadə edilərək həyata keçirilib.

Rus mətbuatında bildirilib ki, bu, Kiyevin dekabr ayında Novqorod vilayətindəki Rusiya prezidentinin iqamətgahına etdiyi hücuma cavab olub.

Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, hücumun məqsədlərinə nail olunub və "cinayətkar Ukrayna rejiminin terror aktları"na qarşılıq veriləcək.

Əli Hüseynov


SON XƏBƏRLƏR

09 Yanvar 2026