• Bakı C

    11.83 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Müəllim direktor müavinini döyüb? - Məktəbdən AÇIQLAMA - YENİLƏNİB

CƏMİYYƏT

09 Yanvar 2026 | 11:59

Müəllim direktor müavinini döyüb? - Məktəbdən AÇIQLAMA - YENİLƏNİB

28 oktyabr 2025-ci il tarixində 180 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə üzrə təşkilatçı ilə münaqişə yaradıb və ona xəsarət yetirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq 180 nömrəli məktəbdən məlumat verilib.

Bildirilib ki, məsələ ilə əlaqədər hüquq-mühafizə orqanlarına məlumat verilib. Araşdırma nəticəsində riyaziyyat müəllimi İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən cərimə olunub. Məsələ ilə bağlı məhkəməyə müraciət olunduğu üçün araşdırma davam edir.

"Məktəbdə pedaqoji mühitə zidd davranışına, məktəb rəhbərliyinə, müəllimlərə qarşı uyğunsuz münasibətinə və "Təhsilverənlərin etik davranış Qaydaları"nı pozduğuna görə qeyd olunan riyaziyyat müəlliminə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib", məlumatda bildirilib.

Qeyd edək ki, Qaradağda yerləşən Azər Namazov adına 180 nömrəli tam orta məktəbdə insident baş verdiyi barədə mediada xəbərlər yayılmışdı.

Məlumata görə, hadisə tədris prosesi zamanı baş verib. Riyaziyyat müəllimi məktəbin direktor müavinini döyüb. Nəticədə direktor müavini çənə və bədənin müxtəlif nahiyələrindən xəsarətlər alıb.

***

09:00

Qaradağda yerləşən Azər Namazov adına 180 nömrəli tam orta məktəbdə insident baş verib.

Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə tədris prosesi zamanı qeydə alınıb.

Riyaziyyat müəllimi məktəbin direktor müavinini döyüb. Nəticədə direktor müavini çənə və bədənin müxtəlif nahiyələrindən xəsarətlər alıb.

Hadisə məktəbdə olan digər müəllimlər və şagirdlər tərəfindən müdaxilə edilərək sakitləşdirilib.

Məlumata görə, riyaziyyat müəllimi məsuliyyətə cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

09 Yanvar 2026