• Bakı C

    11.43 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Uşaq sığınacağında tibbi müayinələr təşkil olundu - FOTOLAR

CƏMİYYƏT

09 Yanvar 2026 | 11:45

Uşaq sığınacağında tibbi müayinələr təşkil olundu - FOTOLAR

Bakıda "Azərbaycan Uşaqları" İctimai Birliyinin Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzində ixtisaslı həkim müayinələri təşkil olunub.

TƏBİB-dən Bakıvaxtı.az-a verilən məlumata görə, tibbi müayinələrin keçirilməsində əsas məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqların profilaktik müayinələrini təşkil etmək, onların sağlamlığı ilə bağlı problemlərin erkən aşkarlanması və ağırlaşmaların qarşısını vaxtında almaqdır.

Tibbi müayinələrə 4-17 yaş aralıqlarında 33 uşaq cəlb edilib və onlara 380-dən çox tibbi xidmət göstərilib.

Pediatr, kardioloq, nevroloq, dermatoloq, uroloq, mama-ginekoloq, otorinolarinqoloq, endokrinoloq, hematoloq, terapevt, oftalmoloq, travmatoloq və psixiatrların iştirakı ilə baş tutan müayinələrdə, eyni zamanda ultrasəs müayinəsi (USM), elektrokardioqramma (EKQ) və laborator xidmətlər də göstərilib. Sağlamlıq vəziyyətləri müşahidəyə götürülən uşaqların müalicəsinin Sabunçu Tibb Mərkəzində davam etdirilməsi nəzərdə tutulub.


SON XƏBƏRLƏR

09 Yanvar 2026