Qlobal Sumud Flotillasına aid gəmilərdə saxlanılan 14 türk vətəndaşı sabah İordaniya vasitəsilə Türkiyəyə gətiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Diqqətə çatdırılıb ki, onlar oktyabrın 4-də Qlobal Sumud Flotillasına aid gəmilərdə saxlanılan 36 nəfərlə birlikdə sağ-salamat qayıdıblar.
Məlumata görə, Türkiyə vətəndaşları İsrail tərəfindən qeyri-insani rəftar və fiziki zorakılığa məruz qalıblar.
Fəallar İstanbul Hava Limanından gətirilərək sağlamlıqları yoxlanacaq və ifadələri alınacaq. Proseslə bağlı İstanbul Respublika Baş Prokurorluğu tərəfindən 10 prokuror təyin edilib.
Əli Hüseynov