ABŞ ilə Venesuela arasında hərbi gərginlik artır.
Bakıvaxtı.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trump Venesuela qırıcılarının ABŞ donanma gəmisinə yaxın uçuşunu təhlükəli adlandıraraq qeyd edib:
“Əgər təhlükə yaratsalar, həmin təyyarələr vurulacaq".
Pentaqon insidentin beynəlxalq sularda baş verdiyini açıqlayıb və Maduroya ABŞ-ın əməliyyatlarını pozmamağı tövsiyə edib.
Qeyd edək ki, Vaşinqton Venesuela liderinə qarşı narkotik qaçaqmalçılığı iddiaları fonunda 50 milyon dollarlıq mükafat təyin edib.
Əli Hüseynov