Rusiya müharibənin 1201-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 663 təyyarəsi, 283 helikopteri, 62 255 PUA-sı, 610 zenit-raket kompleksi, 23 816 tank və digər zirehli texnikası, 1 571 reaktiv yaylım atəş sistemi, 25 880 artilleriya və minaatanı, 36 629 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.