• Bakı 17° C

    3.8 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

"Rusiya Ukrayna ilə barışıq deyil, sülh bağlamağa hazırdır"

DÜNYA

09 May 2025 | 14:40

Rusiya Ukrayna ilə barışıq deyil, sülh bağlamağa hazırdır

"Rusiya Ukrayna ilə barışıq deyil, sülh bağlamağa hazırdır".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Amerikanın "NBC" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar Ukrayna ilə sülh məsələsini “həll edə” və Avropa ölkələri “yollarına qayıda bildikdə” sülh gələcək.

"Rusiya prezidenti Vladimir Putinin heç kimə borcu yoxdur. Atəşkəsə gəlincə, mən bunu sözlə deyə bilərəm. Biz bu barədə onunla sonuncu dəfə Volqoqradda danışmışdıq. Onlar buna hazırdırlar. Rusiya çoxdan təkcə atəşkəsə deyil, sülhə də hazırdır", - Lukaşenko bildirib.

Mina Mikayılova


SON XƏBƏRLƏR