Yunanıstanda fəhlələr və dövlət qulluqçuları 24 saatlıq tətilə başlayıblar.
Bakıvaxtı.az bu barədə yunan mətbuatına istinadən xəbər verir.
Məlumata görə, onlar hökumətdən yaşayış bahalığına qarşı tədbir görməyi tələb edib.
Oxşar etirazlar ölkənin bir çox müxtəlif şəhərlərində, xüsusilə Salonikidə keçirilib.
Əli Hüseynov