• Bakı 11° C

    11.84 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

Aİ Ukraynaya 1 milyard avro məbləğində üçüncü tranşı ayırıb

DÜNYA

09 Aprel 2025 | 16:05

Aİ Ukraynaya 1 milyard avro məbləğində üçüncü tranşı ayırıb

Avropa İttifaqı (Aİ) Ukraynaya ERA təşəbbüsü çərçivəsində 1 milyard avro məbləğində üçüncü tranşı köçürüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqalın teleqramdakı paylaşımında bildirilir.

"Aİ Ukraynaya ERA təşəbbüsü çərçivəsində 1 milyard avro köçürüb. Bu, Brüsseldə təşkilatın iqtisadiyyat və məhsuldarlıq üzrə komissarı Valdis Dombrovskis ilə görüşümüz zamanı elan edilib. Bizim prioritetimiz Ukraynanın bərpası üçün resurs kimi istifadə edilməli olan dondurulmuş Rusiya suveren aktivlərinin tam müsadirəsidir. Bu məsələyə xüsusi diqqət ayırdıq", - D.Şmıqal yazıb.

O qeyd edib ki, bu, G7 təşəbbüsü çərçivəsində Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlə təmin olunan üçüncü tranşdır: "Vəsaitləri dövlət büdcəsinin prioritet xərclərinə yönəldəcəyik".

D.Şmıqalın sözlərinə görə, ERA proqramı çərçivəsində Avropa müttəfiqləri Ukraynaya ümumilikdə 5 milyard avro veriblər.


SON XƏBƏRLƏR

16 Aprel 2025