Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada jurnalistlərin aktual məsələlərlə bağlı suallarını cavablandırıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampla bir dəfə telefon danışığı olduğunu xatırladıb. Onun sözlərinə görə, bu, ikitərəfli dialoqun başlanması və ikitərəfli münasibətlərdəki problemlərin həlli üçün kifayət qədər konstruktiv olub.
"Biz ikitərəfli münasibətlərin dirçəldilməsi prosesinin ilkin mərhələsindəyik. Bizi uzun və çətin yol gözləyir. Ən azı iki lider bununla bağlı siyasi iradə nümayiş etdirib", - Peskov bildirib.
Əli Hüseynov