• Bakı 18° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Selfi çəkmək istədi: qayalıqdan yıxıldı 

DÜNYA

08 Fevral 2025 | 17:40 | Müəllif: Gülşən Şərif

Selfi çəkmək istədi: qayalıqdan yıxıldı

Türkiyənin Antalya şəhərində rusiyalı turist qadın selfi çəkərkən yıxılıb.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı “ Shot” Teleqram kanalı yayıb.

Bildirilib ki, hadisə Antalyanın Muradpaşa rayonunda baş verib.

28 yaşlı Nailə Vahidova (Nailə Vohidova) selfi çəkmək üçün qayalara dırmaşıb, lakin tarazlığını itirərək hündürlükdən birbaşa sal daşların üzərinə yıxılıb.

Yerli sakinlər xəsarət almış qızı görüb təcili yardım xidmətinə zəng ediblər.

Qadının ayağında ciddi xəsarətlər aşkarlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026