• Bakı C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.7524

    RUB - 1.6268

Azərbaycandan hava nəqliyyatı ilə səfər edənlərin sayı artıb

İQTİSADİYYAT

09 Yanvar 2025 | 16:06

Azərbaycandan hava nəqliyyatı ilə səfər edənlərin sayı artıb

2024-cü ildə Azərbaycandan hava nəqliyyatı ilə 42 ölkəyə 3 milyon 369,4 min nəfər səfər edib.

Bakıvaxtı.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bunlar, 2023-cü illə müqayisədə 7 ölkə (20 %)  769,3 min sərnişin (29,5 %) çoxdur.

Ötən il Azərbaycandan ən çox sərnişin 913,5 min nəfər olmaqla Rusiyaya səfər edib. Bu da əvvəlki ilə nisbətən 24,3 % çoxdur.

Hesabat dövründə Türkiyəyə 874,4 min nəfər (+ 17,2 %), Birləşmiş Ərəb Əmirliklərinə isə 420,1 min nəfər (+36,4 %) sərnişin səfər edib.

Siyahıda daha sonra 198,5 min sərnişinlə (+ 31,4 %) Gürcüstan, 116,1 min sərnişinlə (8,7 %) Səudiyyə Ərəbistanı, 106,6 min sərnişinlə (+ 3,3 dəfə) Hindistan, 95,3 min sərnişinlə (+26,3 %) Qazaxıstan, 65,2 min sərnişinlə (90,5 %) Qətər, 62,3 min sərnişinlə (+ 78,4 %) İtaliya və 49,6 min sərnişinlə (- 19,8 %) Özbəkistan qərarlaşıb.

İlk onluğa Hindistan və Qətərin daxil olması ilə Küveytlə (46,4 min sərnişin, + 13,9 %) İsrail (45,8 min sərnişin, +14,2 %) TOP10-dan çıxıb.

Təkcə ötən ilin dekabr ayında isə Azərbaycandan hava nəqliyyatı ilə 262 112 sərnişin daşınıb. Bu, əvvəlki ilin eyni ayı ilə müqayisədə 19,9 % çoxdur.

O cümlədən, ay ərzində Rusiyaya səfər edənlərin sayı 1 il əvvələ nisbətən 11,1 % artaraq 64 min 295 nəfər olub.


SON XƏBƏRLƏR

09 Yanvar 2025