• Bakı C

    5.84 m/s

  • USD - 1.7

    EUR - 1.7524

    RUB - 1.6268

Ərdoğan: Suriyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır

DÜNYA

09 Yanvar 2025 | 20:00

Ərdoğan: Suriyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır

Suriyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır.

Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Corciya Meloni ilə telefon danışığında deyib.

Türkiyə lideri telefon danışığı zamanı bildirib ki, vaxt itirmədən Suriyanın bərpası üçün hərəkətə keçmək lazımdır.

Ərdoğan İtaliyanı Suriyaya qarşı məhdudiyyətlərin aradan qaldırılmasına rəhbərlik etməyə çağırıb.

Tərəflər, ikitərəfli məsələlər barədə də danışıblar. Türkiyə lideri qarşılıqlı ticarət həcminin arta biləcəyinə inamını ifadə edib. O, müdafiə sənayesi və enerji başda olmaqla, bir çox sahədə qarşılıqlı əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu vurğulayıb.


SON XƏBƏRLƏR

09 Yanvar 2025