• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Kobaxidze: NATO-ya qoşulmaq Gürcüstanın gündəliyində deyil

DÜNYA

08 Fevral 2025 | 19:20 | Müəllif: Subhan Mahmudov

Kobaxidze: NATO-ya qoşulmaq Gürcüstanın gündəliyində deyil

Gürcüstanın NATO-ya inteqrasiyası gündəmdə deyil.

Bakıvaxtı.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

"Bizim kifayət qədər aydın xarici siyasət məqsədlərimiz var. NATO-ya inteqrasiya məsələsinə gəlincə, Qərb ölkələrinin qərarları və yanaşmaları səbəbindən hələ ki gündəmdə deyil", - Baş nazir deyib.

Kobaxidze qeyd edib ki, Avropa İttifaqına inteqrasiya Gürcüstanın xarici siyasətinin əsas prioriteti olaraq qalır.

Onun sözlərinə görə, 2030-cu ilə qədər Aİ üzvü olmaq hədəfi Gürcüstan üçün əlçatandır. O, əlavə qeyd edib ki, ölkə hər hansı addım atarkən bütün yan təsirləri nəzərə alır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026