Pakistanda saxlanılan ümumilikdə 21 əfqan məhbus azad edilərək Əfqanıstana qaytarılıb.
Bakıvaxtı.az "The Guardian"a istinadən xəbər verir ki, bu barədə Qaçqınlar və Repatriasiya Nazirliyi məlumat yayıb.
Departament 21 məhbusun iki aydan 25 aya qədər Pakistanda saxlandığını bildirib. Sərbəst buraxıldıqdan sonra onlar Əfqanıstana qayıdıblar.
Son dörd ay ərzində İraqda saxlanılan iki əfqan vətəndaşı da azad edilərək Əfqanıstana göndərilib.
Hazırda 8000-9000 Əfqanıstan vətəndaşı xaricdə həbsdədir. Onların əksəriyyəti İran və Pakistanda yaşayır.
Gülşən Şərif