• Bakı 23° C

    3.46 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Rusiya və ABŞ nümayəndə heyətləri yenidən görüşəcək

DÜNYA

09 Aprel 2025 | 16:50 | Müəllif: Əli Hüseynov

Rusiya və ABŞ nümayəndə heyətləri yenidən görüşəcək

Aprelin 10-da Rusiya və ABŞ nümayəndə heyətləri İstanbulda növbəti dəfə bir araya gələcəklər.

Bakıvaxtı.az-ın məlumatına görə, görüş Rusiyanın İstanbuldakı Baş Konsulluğunda keçiriləcək. Tərəflər bu dəfə iki ölkənin diplomatik nümayəndəliklərinin yenidən fəaliyyətə başlaması məsələsini müzakirə edəcəklər.

Qeyd edək ki, nümayəndə heyətlərinin ilk görüşü fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutub. İkinci görüş isə fevralın 27-də yenə İstanbulda reallaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026