• Bakı C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.7524

    RUB - 1.6268

İranda enerji böhranı günü-gündən dərinləşir

DÜNYA

09 Yanvar 2025 | 12:39

İranda enerji böhranı günü-gündən dərinləşir

İran iqtisadi sanksiyalar, infrastruktur problemləri və artan enerji tələbi səbəbindən ciddi bir enerji böhranı yaşayır.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, məlumata görə, enerji təchizatındakı fasilələr və sənaye sektorundakı problemlər gündəlik həyatı və əsas xidmətləri təhlükə altına qoyur, iqtisadiyyata milyardlarla dollar zərər vurur.

Bildirilib ki, gündəlik 350 milyon kubmetr təbii qaz defisiti və 17 elektrik stansiyasının bağlanması nəticəsində sənaye istehsalı 30-50 faiz azalacaq və iqtisadi itkilər daha da dərinləşəcək. 

Bu enerji böhranı, kənd təsərrüfatı və sosial-siyasi sahələrdə də ciddi təsirlər yaradacaq, ölkəni çoxölçülü bir çıxılmaz vəziyyətə sürükləyəcək. İqtisadiyyatın gərginləşməsi ilə birlikdə İranın qarşısında uzunmüddətli struktur islahatları və enerji sektorunda böyük yeniliklər etmə zərurəti yaranıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR