• Bakı 13° C

    2.79 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

ABŞ İsrailə 7,4 milyard dollarlıq silah satışına icazə verdi

DÜNYA

08 Fevral 2025 | 10:38

ABŞ İsrailə 7,4 milyard dollarlıq silah satışına icazə verdi

ABŞ İsrailə dəyəri 7,4 milyard dollar olan müxtəlif növ minlərlə raket və sursatın satışını təsdiqləyib.

Bakıvaxtı.az bu barədə İsrail mənbələrinə istinadla xəbər verir.

Pentaqona bağlı agentliyin Konqresə göndərdiyi bildirişə görə, satışa 660 milyon dollarlıq 3 min AGM-114 Hellfire raketi, 6,75 milyard dollarlıq bomba, sursat, raketlər və digər hərbi avadanlıqlar daxildir. İsrailə minlərlə müxtəlif növ bomba və güdüm dəsti tədarük ediləcək.

Bu qərarın İsrail Baş naziri Netanyahu Vaşinqtonda olarkən verilməsi diqqət çəkib. 

Əli Hüseynov


SON XƏBƏRLƏR

02 Noyabr 2025