• Bakı 16° C

    6.83 m/s

  • USD - 1.7

    EUR - 1.9026

    RUB - 2.1146

İstixana kompleksində yanğın - 4 ölü

DÜNYA

10 Mart 2025 | 09:50

İstixana kompleksində yanğın - 4 ölü

Moskva vilayətində istixana kompleksində güclü yanğın baş verib, dörd nəfər həlak olub.

Bakıvaxtı.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, yanğın 1050 kvadratmetr ərazini əhatə edib.

"Moskva vilayətində baş verən yanğında dörd nəfər həlak olub. Yanğının qarşısı alınıb", - qurumdan bildirilib.

Yanğının söndürülməsi üçün 22 nəfər və 7 texnika cəlb edilib. “Shot” teleqram kanalının məlumatına görə, yanğın qaz partlayışı nəticəsində başlayıb.


SON XƏBƏRLƏR