• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

12 min il əvvəl nəsli kəsilmiş canavarlar həyata qaytarıldı - VİDEO

DÜNYA

09 Aprel 2025 | 00:37 | Müəllif: Subhan Mahmudov

12 min il əvvəl nəsli kəsilmiş canavarlar həyata qaytarıldı - VİDEO

ABŞ-də yerləşən “Colossal Biosciences” şirkəti 12500 il əvvəl nəsli kəsilmiş və “Game of Thrones”un sinonimi olan canavarları genetik üsullarla həyata qaytarıb.

Bakıvaxtı.az xəbər verir ki, şirkət genetik manipulyasiya nəticəsində təxminən 12 min 500 il əvvəl nəsli kəsilmiş canavar növünü həyata qaytarıb. Qədim DNT və gen redaktə texnologiyalarından istifadə edilən layihə elm aləmində böyük həyəcan yaradıb, müxtəlif etik və fəlsəfi müzakirələri də özü ilə gətirib.

İlk olaraq üç primitiv boz canavar yaratmağa müvəffəq olan şirkət bu gün yaşayan boz canavarların genlərinə qədim DNT-nin əlavə olunduğunu açıqlayıb. Bu texnologiya ilə yaradılan canavarların genetik və fiziki olaraq nəsli kəsilmiş canavarlara çox bənzədiyi bildirilib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026