ABŞ Dövlət Departamenti Çindən gələn əsgərlərin Ukrayna ordusu tərəfindən əsir götürülməsi ilə bağlı xəbərlərdən "narahatdır".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə departament sözçüsü Temmi Bryus deyib.
"Çin əsgərlərinin əsir düşməsi narahatlıq doğurur. Biz Ukraynanın Ukraynada Rusiya tərəfində döyüşən iki Çin vətəndaşını əsir götürməsi ilə bağlı xəbərlərdən xəbərdarıq. Çin Ukraynadakı müharibədə Rusiyanın əsas müttəfiqidir", - deyə Bryus bildirib.
Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski Donbassda döyüşlər zamanı bir neçə çinlinin Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürüldüyünü bildirib.