İsrail hücumları səbəbindən evsiz qalan fələstinlilər indi də Qəzzadakı şiddətli yağış və küləklərlə mübarizə aparır.
Bakıvaxtı.az bu barədə yerli mənbələrə istinadla xəbər verir.
Bildirilib ki, İsrailin yardım və sığınacaq ləvazimatlarını gecikdirməsi vəziyyəti daha da ağırlaşdırır.
Fırtına səbəbindən çadırları uçan və su altında qalan insanlar beynəlxalq qurumlara təcili yardım çağırışı edir. Yerindən edilən fələstinlilər Qəzzanl tərk etməyəcəklərini bildirir, torpaqlarına bağlı olduqlarını vurğulayırlar.
Qeyd edək ki, İsrailin davam edən hücumları səbəbindən minlərlə insan ağır şəraitdə sağ qalmağa çalışır.
Əli Hüseynov