• Bakı 15° C

    12.28 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

ABŞ onları ölkədən deportasiya edəcək

DÜNYA

10 Mart 2025 | 11:00

ABŞ onları ölkədən deportasiya edəcək

Fələstinin HƏMAS hərəkatının ABŞ-də olan tərəfdarları ölkədən deportasiya ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət katibi Marko Rubio “X” hesabında paylaşıb. 

“HƏMAS hərəkatının Amerikada olan tərəfdarlarını deportasiya edə bilmək üçün onların vizalarını və “Green card”larını ləğv edəcəyik”, - deyə Rubio qeyd edib. 

Dövlət katibi paylaşımına Nyu-Yorkda Kolumbiya universitetinin aspirantı, fələstinli tələbə Mahmud Xəlilin saxlanılma xəbərini də əlavə edib. O, martın 9-da ABŞ-nin Sərhəd Xidməti tərəfindən saxlanılıb.

Xatırladaq ki, 2024-cü ildə Fələstini dəstəkləyən tələbələr universitetin önündə çadırlar qurmuşdu. Mahmud Xəlil aksiya keçirən tələbələr adından universitetin administrasiyası ilə danışıqlar aparan əsas şəxslərdən biri olub.


SON XƏBƏRLƏR

26 Oktyabr 2025
25 Oktyabr 2025