Donald Trampın 47-ci prezidentliyə andiçmə mərasimini maliyyələşdirmək üçün toplanan ianələrin məbləği açıqlanıb.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, bu məbləğ 170 milyon dolları keçib.
Andiçmə komitəsi mərasim üçün 200 milyon dolların toplanacağını və artıq yığılan əlavə vəsaitin gələcəkdə qurulacaq prezident kitabxanasına yönəldiləcəyini proqnozlaşdırır.
Trampın mərasimi üçün toplanan bu məbləğ 2016-cı ildəki ianədən daha yüksəkdir və 2021-ci ildə Co Baydenin mərasiminə toplanan məbləğdən üç dəfə çoxdur.
Əli Hüseynov