“Rusiya Qafqazda sülh, sabitlik və təhlükəsizliyin olmasında maraqlıdır. Moskva Bakı və İrəvanla münasibətləri bundan sonra da inkişaf etdirəcək”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Cənubi Qafqazın Rusiya üçün uzaq region olmadığını vurğulayıb: "Biz Qafqazda sülh, sabitlik, proqnozlaşdırıla bilən, qarşılıqlı etimad və təhlükəsizlik mühiti istəyirik. Bizim həm Azərbaycan, həm də Ermənistanla öz yaxşı münasibətlərimiz var və biz bu əlaqələri yüksək qiymətləndiririk. Biz bu münasibətləri daha da inkişaf etdirmək üçün özümüzdən asılı olan hər şeyi etmək niyyətindəyik”.
Rusiya prezidenti Vladimir Putinin bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla təmasları olub-olmaması ilə bağlı suala Kremlin sözçüsü “bu günlərdə heç bir əlaqə olmayıb” deyə cavab verib.