• Bakı C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.7524

    RUB - 1.6268

Cənubi Koreyada qeydə alınan ən isti il ​​2024-cü il olub

DÜNYA

09 Yanvar 2025 | 15:40

Cənubi Koreyada qeydə alınan ən isti il ​​2024-cü il olub

Koreya Meteorologiya Administrasiyası (KMA) 2024-cü ilin orta temperaturu ilə bağlı açıqlama verib.

Bakıvaxtı.az bu barədə Yonhap xəbər agentliyinin məlumatına istinadla xəbər verir.

Açıqlamaya görə, Cənubi Koreyada 2024-cü ilin illik orta temperaturu 14,5 dərəcəyə çatıb. Bu, 2023-cü ildəki 13,7 dərəcəlik rekord temperaturu üstələyərək, 2024-cü ilin ölkədə qeydə alınan ən isti il olmasına səbəb olub.

Artımın səbəbi olaraq dəniz səthi temperaturunun yüksəlməsi göstərilir.

Qeyd edək ki, 2023-cü il Cənubi Koreyada ən isti il olaraq tarixə düşüb. Belə ki, bu il ərzində illik orta temperatur 13,7 dərəcə olub.

Əli Hüseynov


SON XƏBƏRLƏR

09 Yanvar 2025