• Bakı C

    7.7 m/s

  • USD - 1.7

    EUR - 1.7524

    RUB - 1.6268

Müharibə apreldə sona çatacaq! - Britaniya XİN

DÜNYA

09 Yanvar 2025 | 22:11

Müharibə apreldə sona çatacaq! - Britaniya XİN

Ukraynadakı müharibə bu il aprelin sonunadək başa çata bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi "Radio 4"ə müsahibəsində deyib.

Onun fikrincə, sülh ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın hakimiyyətinin ilk vaxtlarında əldə edilə bilər.

Nazir həmçinin Rusiyanın danışıqlara hazır olmadığını diqqətə çatdırıb.

Qeyd edək ki, daha əvvəl Böyük Britaniyanın "Sky News" televiziya kanalı öz mənbələrinə istinadən savaşın aprelin 20-nə qədər bitə biləcəyini bildirmişdi.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl müharibənin 2025-ci ildə bitəcəyinə ümid etdiyini demişdi.


SON XƏBƏRLƏR

09 Yanvar 2025