• Bakı C

    11.56 m/s

  • USD - 1.7

    EUR - 1.7647

    RUB - 1.7571

Almaniyada 200 min insanın iştirakı ilə etiraz aksiyası

DÜNYA

08 Fevral 2025 | 20:23

Almaniyada 200 min insanın iştirakı ilə etiraz aksiyası

Almaniyada ifrat sağçılara qarşı etiraz aksiyaları keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, ifrat sağa və Almaniya üçün Alternativ Partiyası (AfD) ilə əməkdaşlığa qarşı ötən həftə Berlində 160 min nəfərin iştirakı ilə keçirilən mitinqdən sonra bu dəfə Münhendə 200 min nəfərin qatıldığı etiraz nümayişi təşkil olunub. Mitinqdə müxtəliflik, insan ləyaqəti, həmrəylik və demokratiyaya dəstək, radikal sağa etiraz xarakterli şüarlar səsləndirilib.

Bənzər mitinqlər Hannoverdə də təşkil olunub.

Qeyd edək ki, CDU-nun ölkədə miqrasiya siyasətinin sərtləşdirilməsi ilə bağlı təklifinin yanvarın 29-da Bundestaqda keçirilən səsvermədə AfD-nin dəstəyi ilə qəbul edilməsi ölkədə genişmiqyaslı etirazlara səbəb olmuşdu.


SON XƏBƏRLƏR