• Bakı C

    5.84 m/s

  • USD - 1.7

    EUR - 1.7524

    RUB - 1.6268

Baydenin oğlunun 4 milyonluq malikanəsi də külə döndü

DÜNYA

09 Yanvar 2025 | 19:45

Baydenin oğlunun 4 milyonluq malikanəsi də külə döndü

ABŞ-nin hazırkı prezidenti Co Baydenin oğlu Hanterin 4 milyon dollarlıq evi Kaliforniyada baş verən yanğınlar nəticəsində külə dönüb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Bildirilir ki, “1950-ci illərin Sakit Okeanın panoramik mənzərəsini təqdim edən üç yataq otağı və üç vanna otağı olan dəbdəbəli malikanədən qalan yeganə şey” iki bacadır.

Hanter Baydenin həyat yoldaşı ilə birlikdə evi ayda 15,8 min dollara kirayə götürdüyü qeyd edilir. Bundan əlavə, yanğın ABŞ Məxfi Xidmətinin prezidentin oğlunu qorumaq üçün icarəyə götürdüyü qonşu evi də məhv edib.

Bundan əvvəl ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Kaliforniya qubernatoru Qevin Nyusomdan şiddətli yanğınlar fonunda istefa verməsini istəyib. Respublikaçı dövlət başçısını ABŞ-nin ən gözəl ərazilərinin yanmasına səbəb olmaqda ittiham edib.


SON XƏBƏRLƏR

09 Yanvar 2025