Gürcüstan parlamentində 2003-2012-ci illərdə keçmiş hakimiyyət nümayəndələri tərəfindən törədilmiş cinayət əməlləri faktlarının araşdırılması üçün müvəqqəti istintaq komissiyası yaradılacaq.
Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə hakim "Gürcü Arzusu" partiyasının icraçı katibi Mamuka Mdinaradze məlumat verib.
"Müvəqqəti istintaq komissiyası rejimin məsul şəxslərini və rejimin törətdiyi cinayətlərdə əli olan digər şəxsləri çağırıb dindirəcək", - M.Mdinaradze brifinqdə deyib.
Onun sözlərinə görə, bu hərəkətlərin qiymətləndirilməsi Gürcüstanın bu gün üzləşdiyi təhdidlərin qarşısının alınması və gələcək stabil inkişafı üçün həlledici əhəmiyyət kəsb edəcək.
Bildirilib ki, komissiya parlamentin yaz sessiyasının ilk iclasında yaradılacaq.