Los-Ancelesdəki meşə yanğınlarının arealı daha da genişlənməsi ilə əlaqədar rəsmilər 100 min nəfərin təxliyəsinə göstəriş verib.
Bakıvaxtı.az “Reuters“ə istinadən xəbərinə görə, təkcə “Hollywood” ətrafında 20 hektara yaxın meşə ərazisi tamamilə məhv olub. Los-Ancelesin qərbində bu göstərici ümumilikdə 6406 hektara çatıb.
Los-Ancelesin Yağından Mühafizə Xidmətinin rəhbərti Antoni Marrone deyib ki, hadisə ilə əlaqədar Los-Anceles və ətraf ərazilərdəki məktəblərdə tədris qeyri-müəyyən müddətə dayandırılıb.
Qeyd edək ki, “Oskar” mükafatlandırılmasının keçiriləcəyi məkan da bu ərazidə yerləşdiyindən nominantların elan olunması mərasimi yanvarın 17-dən 19-na təxirə salınıb.