ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı iddiaları fonunda NATO adadakı mövcudluğunu artırmalıdır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts RND-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, sərhədlərin toxunulmazlığı prinsipi hamıya şamil edilməlidir.
“İqlim dəyişikliyi Arktika regionunu dəyişir, yeni gəmi yolları açır və Çinlə Rusiya bununla çox maraqlanır. Ona görə də bizim NATO çərçivəsində bir-birimizlə müzakirə etməli olduğumuz legitim təhlükəsizlik məsələləri var. Fikrimcə, NATO-nun Qrenlandiyadakı mövcudluğunu artırmalıyıq”, - Şolts deyib.
O, həmçinin qeyd edib ki, Vaşinqtonla hətta işlər daha da çətinləşəndə belə yaxşı münasibətlər saxlamaq üçün mümkün olan hər şeyi etməyə davam edəcək.
Xatırladaq ki, Tramp dha əvvəl dəfələrlə Qrenlandiyanın ABŞ-a birləşdirilməli olması barədə fikirlər səsləndirib.