• Bakı C

    11.51 m/s

  • USD - 1.7

    EUR - 1.7647

    RUB - 1.7571

Alyaskada itmiş təyyarədə olan şəxslərin hamısı həlak olub

DÜNYA

08 Fevral 2025 | 08:58

Alyaskada itmiş təyyarədə olan şəxslərin hamısı həlak olub

Cümə axşamı Alyaska üzərində radarlardan itən “Bering Air” təyyarəsində olan 10 nəfərin hamısı həlak olub.

Bakıvaxtı.az xəbər verri ki, bu barədə cümə günü “Associated Press“ ABŞ Sahil Mühafizəsinə istinadən məlumat yayıb.

Hadisənin səbəbləri hələlik açıqlanmayıb. Unalaklitdən Noma uçan təyyarənin göyərtəsində 9 sərnişin və bir pilot olub.

ABŞ-ın NBC televiziya şirkəti, təyyarənin qalıqlarının Nom şəhərindən 34 mil (54,7 km) cənub-şərqdə aşkar edildiyi xəbərini yayıb.

Qeyd edək ki, bu, iki həftədən az müddətdə ABŞ-da baş verən artıq üçüncü ciddi aviaqəzadır.


SON XƏBƏRLƏR