Azərbaycan Basketbol Liqasının X turunda bu gün daha bir oyun keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, A qrupunda “Abşeron” “Neftçi” ilə qarşılaşacaq.
Abşeron Olimpiya Kompleksində baş tutacaq görüşə 19:00-da start veriləcək. Hazırda “Abşeron” qrupda 8-ci, “Neftçi” isə 9-cu yerdə qərarlaşıb. Hər iki komandanın 12 xalı var.
Qeyd edək ki, X turun ötən gün keçirilən “Sabah” - “Naxçıvan” qarşılaşması Naxçıvan təmsilçisinin 80:75 hesablı qələbəsi ilə yekunlaşıb. Turun digər oyunları yanvarın 11-i və 12-də keçiriləcək.


jpg-1736401789.jpg)
jpg-1738992569.webp)










jpeg-1738933321.webp)

