Azərbaycan Basketbol Liqasında XIV tura bu gün start veriləcək.
Bakıvaxtı.az xəbər verir ki, son olaraq iki oyun keçiriləcək.
B qrupunda yer alan komandalardan "Lənkəran" "Ordu"nu, "Gəncə" "Şəki"ni qəbul edəcək. Qarşılaşmalar saat 14:00-da start götürəcək.
"Şəki" 23 xalla B qrupunda liderdir. "Gəncə" 22 xalla ikinci, eyni xala malik "Ordu" üçüncü pillədə qərarlaşıb. 16 xalı olan "Lənkəran" sonuncu - altıncı sıradadır.
Qeyd edək ki, XIV turun daha əvvəl keçirilən matçlarında "Sabah" NTD-ni 96:85, "Neftçi" "Sərhədçi"ni 82:67, "Naxçıvan" "Abşeron"u 76:70, "Quba" "Sumqayıt"ı 90:80 hesabı ilə məğlub edib.