• Bakı 25° C

    3.01 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

"Zirə" Premyer Liqada "Səbail"i məğlub edib

İDMAN

09 Mart 2025 | 20:01 | Müəllif: Subhan Mahmudov

"Zirə" Premyer Liqada "Səbail"i məğlub edib

"Zirə" Misli Premyer Liqasında "Səbail"i məğlub edib.

Bakıvaxtı.az-ın məlumatına görə, Zirə İdman Kompleksinin stadionundakı XXVI turun oyunu meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. 

Qonaqların heyətində Suleyman Alluş 73-cü dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub. 90+6-cı dəqiqədə Ruan Renato qalibiyyət qoluna imza atıb.

Bu nəticədən sonra xallarının sayını 51-ə çatdıran "Zirə" ikinci pillədə qərarlaşıb. "Səbail" 18 xalla sonuncu - 10-cu sıradadır. 

Günün ilk matçında "Şamaxı" evdə "Sabah"dan üstün olub - 1:0. 

Qeyd edək ki, tura martın 10-da yekun vurulacaq. Ötən gün "Qarabağ" "Araz-Naxçıvan"ı 3:1 hesabı ilə məğlub edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR