• Bakı 19° C

    5.16 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Türkiyədə azarkeş meydana girib futbolçunu bıçaqladı - VİDEO

İDMAN

08 Aprel 2025 | 09:48

Türkiyədə azarkeş meydana girib futbolçunu bıçaqladı - VİDEO

Türkiyənin Siirt şəhərində həvəskarlar arasında keçirilən “Kurtalanspor” - “Hakkari Zap Spor” region oyunundan sonra futbolçular arasında dava düşüb.

Bakıvaxtı.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, əlbəyaxa mübahisəyə azarkeşlər də qarışıb.

Hadisədə “Hakkari Zap Spor”un futbolçusu azarkeşlərdən biri tərəfindən bıçaqlanıb.

Yaralı futbolçu sağlamlıq qrupları tərəfindən xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib. Onun həyatı üçün təhlükə olmadığı bildirilib.

Mübahisə polisin müdaxiləsi ilə sonlandırılıb.

Qeyd edək ki, oyun “Kurtalanspor”un 3:1 hesablı qələbəsi ilə bitib.

Görüntüləri təqdim edirik:

 


Türkiyədə azarkeş meydana girib futbolçunu bıçaqladı - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR