Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
Bakıvaxtı.az xəbər verir ki, 2-ci cavab matçı ilə sonuncu yarımfinalçı da müəyyənləşib.
PSJ evdə 1 həftə əvvəl məğlub etdiyi "Arsenal"la qarşılaşıb. Görüş Paris təmsilçisinin 2:1 hesablı qələbə qazanıb. Bununla da komanda finala adlayıb.
Fransa klubu finalda İtaliya "İnter"inə rəqib olacaq.
Qeyd edək ki, final matçı mayın 31-də Münhendə keçiriləcək.
7 may
23:00. PSJ (Fransa) - "Arsenal" (İngiltərə) - 2:1
Qollar: Ruiz, 27, Hakimi, 72 - Saka, 76
Hakimlər: Feliks Zvayer, Robert Kampter, Kristian Diç, Harm Osmers (Almaniya)
VAR: Bastian Dankert (Almaniya)
AVAR: Benjamin Brand (Almaniya
İlk oyun - 1:0
6 may
"İnter" (İtaliya) - "Barselona" (İspaniya) - 4:3
İlk oyun - 3:3