Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək.
Bakıvaxtı.az-ım məlumatına görə, bu gün yarışın yarımfinal mərhələsinin cavab görüşlərinə start veriləcək.
Belə ki, “Budyo Qlimt” “Tottenhem”i qəbul edəcək. “Atletik” isə səfərdə “Mançester Yunayted”lə üz-üzə gələcək. Qeyd edək ki, ilk oyunda "Atletik" öz meydanında 0:3 hesabı ilə uduzub.
UEFA Avropa Liqası
Yarımfinal mərhələsi, cavab görüşləri
8 may
23:00. “Budyo Qlimt” (Norveç) - “Tottenhem” (İngiltərə)
İlk oyun - 1:3.
23:00. “Mançester Yunayted” (İngiltərə) - “Atletik” (İspaniya)
İlk oyun - 3:0.