• Bakı 11° C

    13.11 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

AFFA 3 kluba texniki məğlubiyyət verdi

İDMAN

08 Aprel 2025 | 13:25

AFFA 3 kluba texniki məğlubiyyət verdi

AFFA İntizam Komitəsi 3 klubu texniki məğlubiyyətlə cəzalandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.

AFFA Region Liqasında keçirilən “Ərkivan” - “Qobustan” matçında qonaq komandanın heyətində protokolda adı qeyd edilməyən futbolçu iştirak edib. Bu səbəbdən “Ərkivan”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA U-11 Liqasında keçirilən “Santos Baku” – “Antiguoko İnternational” oyununun 48-ci dəqiqəsində qonaqların heyətində meydana lisenziyası olmayan futbolçu çıxıb. Bu səbəbdən “Antiguoko İnternational”a 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

U-17 Qızlar Liqasında iştirak edən “Zaqatala” da eyni cəzaya məruz qalıb. Buna “Şəfa” ilə matçın gedişində “Zaqatala”nın heyətində yetərsay olmaması səbəb olub.


SON XƏBƏRLƏR

16 Aprel 2025