• Bakı 11° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Əhməd İsmayılov Aida Balayeva ilə görüşüb

MEDİA

16 Aprel 2025 | 15:05

Əhməd İsmayılov Aida Balayeva ilə görüşüb

Astanada təşkil olunan II Mərkəzi Asiya Media Forumu çərçivəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Qazaxıstan mədəniyyət və informasiya naziri Aida Balayeva arasında ikitərəfli görüş keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Bildirilib ki, görüşdə iki ölkə arasında informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığın möhkəmləndirilməsinin, qarşılıqlı əlaqələrin dərinləşdirilməsinin, yeni təşəbbüslərin həyata keçirilməsinin önəmi vurğulanıb.

Bununla yanaşı, tərəflər arasında imzalanmış anlaşma memorandumundan irəli gələn məsələlərə toxunulub, media sahəsində mütəxəssislərin hazırlanması, saxta və etibarsız məlumatların yayılmasına qarşı mübarizə üsullarına dair təcrübə mübadiləsi istiqamətində müzakirələr aparılıb.


SON XƏBƏRLƏR

18 Aprel 2025