• Bakı 11° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Ağsuda güclü sel ekskavatoru aşırdı - ölən və xəsarət alanlar var - YENİLƏNİB

HADİSƏ

16 Aprel 2025 | 15:00

Ağsuda güclü sel ekskavatoru aşırdı - ölən və xəsarət alanlar var - YENİLƏNİB

Ağsuda selin ekskavatoru aşırması nəticəsində xəsarət alanların kimliyi bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində 1992-ci il təvəllüdlü Qazax rayon sakini Abdullayev Bəxtiyar Nəsib oglu, 1982-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Salahov Elnur Məhəmməd oglu, 1988-ci il təvəllüdlü Gədəbəy rayon sakini Qasımov Bəxtiyar Fazil oglu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Onlar Şamaxı rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Vəziyyətləri nisbi stabil qiymətləndirilir.

    ***

    14:04

    Ağsuda güclü sel ekskavatoru aşırıb.

    Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Kalva kəndində qeydə alınıb.

      Yol-təmir işləri ilə məşğul olan işçilər güclü yağışdan qorunmaq üçün ekskavatorda oturublar. Çaya gələn güclü sel ekskavatoru aşırıb. Ekskavatorda olan 4 nəfərdən biri hadisə yerində ölüb. Digər 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Xəsarət alanlar ekskavatordan çıxarılaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

      Faktla bağlı araşdırma aparılır.


      SON XƏBƏRLƏR

      18 Aprel 2025