• Bakı 11° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Planetin 100 ən nüfuzlu adamının siyahısı açıqlandı

DÜNYA

16 Aprel 2025 | 19:21

Planetin 100 ən nüfuzlu adamının siyahısı açıqlandı

Amerikanın “Time” jurnalı 32 ölkədən 100 ən nüfuzlu şəxsin siyahısını dərc edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu dəfə onlar fəaliyyət sahələrinə aid kateqoriyalar üzrə təqdim olunub.

Siyahıya ABŞ prezidentinin özü də daxil olmaqla, Donald Tramp administrasiyasının altı üzvü daxildir. Onların arasında İlon Mask, Cey Di Vens, Robert Frensis Kennedi-balaca, Hovard Lütnik və Rassel Vout da var. 

Siyahıda iş adamı və korporasiya rəhbərləri - "Facebook"un təsisçisi Mark Zükerberq, "Walmart"ın baş direktoru Duq MakMillon, modelyer Miuçça Prada, "Netflix"in kommersiya direktoru Ted Sarandos və s. yer alıb. 

Siyahıya həmçinin beş idmançı daxildir: tennisçi Serena Uilyams, gimnast Simone Bils, basketbolçular Nafiza Kollier və Brianna Stüart, üzgüçü Leon Marçand.

Pop ulduzları və aktyorları arasında ən nüfuzluları Snoop Dogg, Demi Mur, Skarlett Yohansson, Ed Şeeran, Nikol Şerzinqer, Bleyk Layvli Hozier və başqalarıdır.

Qeyd edək ki, siyahı alimlərdən ibarət komissiya tərəfindən müəyyən edilir və 20-ci əsrin ən görkəmli şəxslərinin siyahısının dərc edildiyi 1999-cu ildən açıqlanır. İllik siyahı 2004-cü ildən dərc olunur. Siyahıya seçilən şəxslər 5 kateqoriyaya bölünür: liderlər və inqilabçılar; inşaatçılar və titanlar; incəsənət və əyləncə dünyasının məşhurları; alimlər və mütəfəkkirlər; qəhrəmanlar və məşhurlar.


SON XƏBƏRLƏR

18 Aprel 2025