• Bakı 11° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

İrəvanın eks-merinin işi məhkəməyə göndərilib

DÜNYA

16 Aprel 2025 | 23:46

İrəvanın eks-merinin işi məhkəməyə göndərilib

Dövlət əmlakını mənimsəməkdə ittiham olunan İrəvanın keçmiş meri və Ermənistanın keçmiş nəqliyyat naziri Qaqik Beqlaryanın işi məhkəməyə göndərilib.

Bakıvaxtı.az “Sputnik – Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Antikorrupsiya Komitəsi məlumat yayıb.

İş materiallarına görə, 2004-2010-cu illərdə Beqlaryan daşınmaz əmlakı özü ilə əlaqəli şəxslərin mülkiyyətinə vermək məqsədilə vəzifə səlahiyyətlərindən sui-istifadə edib, artıq 2004-2017-ci illər ərzində isə ümumi dəyəri 2,3 milyard dram (5,7 milyon dollar) olan bu əmlakı qanuniləşdirib.

Beqlaryana, paytaxtın Kentron icmasının keçmiş başçısı,hableə Kentron icmasının keçmiş başçı müavininə pulların yuyulması və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı çoxsaylı epizodlar üzrə ittihamlar irəli sürülüb.

Qeyd olunub ki, ilkin istintaq zamanı Beqlaryan büdcəyə 210 milyon dram (530 min dollar) qaytarıb, həmçinin 27 daşınmaz əmlak vahidi üzərinə həbs qoyulub.

İlkin istintaq başa çatıb.


SON XƏBƏRLƏR

18 Aprel 2025