• Bakı 11° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Azərbaycan- Gürcüstan əlaqələri özünün ən yüksək dövrünü yaşayır - AÇIQLAMA

SİYASƏT

16 Aprel 2025 | 17:13

Azərbaycan- Gürcüstan əlaqələri özünün ən yüksək dövrünü yaşayır - AÇIQLAMA

“Gürcüstan prezidenti Mieil Kavelaşvilinin ilk rəsmi səfərini Azərbaycana etməsi bizim strateji yüksək münasibətlərimizin olmasının bariz nümunəsidir”.

Bunu Bakıvaxtı.az-a deputat Tural Gəncəliyev deyib.

Deputat bildirib ki, Gürcüstan-Azərbaycan əlaqələri tarixin sınağından keçib və hazırda özünün ən yüksək dövrünü yaşayır:

"Torpaqlarımız işğal altında olarkən, postmüharibə dövründə Gürcüstan hər zaman Azərbaycanla çiyin-çiyinə olub. Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü, ərazi bütövlüyünü daim dəstəkləyib. Gürcüstan-Azərbaycan münasibətləri təkcə siyasi-hərbi konponenti ilə deyil, iqtisadi, humanitar, mədəni əlaqələr baxımından çox önəmli xarakter daşıyır”.

Yüzminlərlə soydaşımızın Gürcüstanda yaşadığnı deyən müsahibimizə görə, bu da tarixi köklərimizin möhkəm olması üçün əlavə stimuldur. Onun sözlərinə görə, təbii ki, son zamanlar, xüsusən müstəqillik əldə etdikdən sonra Gürcüstan bizim Qərbə, Avropaya açılana qapımız, pəncərəmiz olub.

Tural Gəncəliyev: Ən əsası odur ki, Gürcüstan Vətən müharibəsində Azərbaycanın yanında dayandı

Deputat vurğulayıb ki, Azərbaycanın bütün regional və qlobal layihələrinin Gürcüstan da tərkib hissəsidir:

“Həmçinin, Gürcüstan son zamanlar Avropa İttifaqı ilə münasibətlər kontekstində də çox önəmli rol oynayıb. Beləliklə Avropa İttifaqının üçüncü qüvvələrin Cənubi Qafqazda ayrıca xəttlər çəkməsinə məhz Azərbaycan-Gürcüstan tandemi mane olub. Azərbaycan-Gürcüstan münasibətləri elə yüksək səviyyədə inkişaf edib ki, artıq Cənubi Qafqaza qarşı Avropa İttifaqının, Fransa və digər ölkələrin həmlə imkanları sıfıra enib. Bu da Azərbaycan-Gürcüstan əlaqələrinin tarixi, strateji, siyasi müstəvidə çox güclü olmasından xəbər verir”.

Tural Gəncəliyevə görə, ən əsası odur ki, Gürcüstan 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında dayandı:

“Ermənistanı dəstəkləyən qüvvələr üçün hava məkanını bağladı ki, İrəvan bundan sui-istifadə edərək Azərbaycana qarşı əlavə qüvvələri regiona cəlb edə bilməsin”.

Aydın Baxış


SON XƏBƏRLƏR

18 Aprel 2025