• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Putin HƏMAS əsarətindən azad edilmiş rusiyalı ilə görüşdü - FOTO

DÜNYA

17 Aprel 2025 | 00:56 | Müəllif: Subhan Mahmudov

Putin HƏMAS əsarətindən azad edilmiş rusiyalı ilə görüşdü - FOTO

Rusiya Prezidenti Vladimir Putin Qəzza zolağında əsirlikdən azad edilmiş İsrail və Rusiya vətəndaşı Aleksandr Trufanovla görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.

Məlumata görə, görüşdə Trufanovun qohumları – anası Yelena və nişanlısı Sapir Koen, həmçinin Rusiyanın baş ravvini Berl Lazar və Rusiya Federasiyası Yəhudi İcmaları Federasiyasının prezidenti Aleksandr Boroda iştirak edib.

Qeyd edək ki, Aleksandr Trufanov 2023-cü ilin oktyabrından HƏMAS-ın əsirliyində olub. Hərəkatın İsrailə hücumundan sonra o, anası, nənəsi İrina Tatti və nişanlısı ilə birlikdə evindən qaçırılıb. Onun atası Vitali Trufanov terror aktından sağ çıxa bilməyib. Qadınlar isə 2023-cü ilin noyabrında azadlığa buraxılıblar.


Putin HƏMAS əsarətindən azad edilmiş rusiyalı ilə görüşdü - FOTOPutin HƏMAS əsarətindən azad edilmiş rusiyalı ilə görüşdü - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026